XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Gömrükçülər könüllü qanvermə aksiyasında iştirak ediblər

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Ə.Eyvazov adına Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı  bölümünün birgə təşkilatçılığı ilə “Qan ver, ümid ol” şüarı altında könüllü qanvermə aksiyası keçirilib. 


Aksiyada Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Əməliyyat və İstintaq Baş İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi, Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidməti və Mərkəzi Gömrük Hospitalının əməkdaşları olmaqla, ümumilikdə 100 nəfərdən çox gömrükçü qan verib.


Aksiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalı Qan bankı şöbəsinin rəisi Gülnar Xəlilova həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb və bu nəcib təşəbbüsə qoşulan gömrükçülərə minnətdarlıqlarını bildiriblər. 


Qanvermə aksiyası zamanı Mərkəzi Qan Bankının tibb briqadasının həkimləri hər bir donorun sağlamlıq durumunu qiymətləndirdikdən sonra onlardan qan götürüblər. Donorlar bu cür aksiyaların keçirilməsini təqdir edib və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.