XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

"Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda Konfrans keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 7.jpg
  • 6.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 19.jpg
  • 18.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 29.jpg
  • 30.jpg
  • 31.jpg

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Naxçıvan Baş Gömrük İdarəsinin və Naxçıvan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Naxçıvanda "Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransda millət vəkilləri, Naxçıvan Ali Məclisinin, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Türkiyə Respublikasının tanınmış mütəxəssisləri iştirak edib.


Tədbir iştirakçıları əvvəl Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi insanın xatirəsini ehtiramla yad ediblər. Daha sonra isə Heydər Əliyev Muzeyi ziyarət edilib və iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.


Tədbirdə Dövlət Himni səsləndikdən sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyev mürəkkəb geosiyasi şəraitdə, siyasi formasiyaların dəyişdiyi bir mərhələdə xilaskarlıq missiyasını öz üzərinə götürərək ölkəmizin müsətqilliyini təmin etdi və onu beynəlxalq birliyin etibarlı üzvlərindən birinə çevirdi. Qeyd olunub ki, gömrük orqanları Ulu öndərin100 illiyi münasibətilə bir sıra sosial, mədəni kütləvi tədbirlər keçirir və Naxçıvanda baş tutan bu elmi konfrans da tibb sahəsində faydalı müzakirələrin, fikir mübadiləsinin aparılmasına şərait yaradacaq.   


Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə komitəsinin sədri Hicran Hüseynova, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Müşahidə Şurasının sədri Ləman İbrahimova, Naxçıvan Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Səhiyyə Nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova Ümummili Lider Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısındakı müstəsna xidmətlərindən, tibb sahəsinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edib, həmçinin  konfransın əhəmiyyətini xüsusi vurğulayıblar.    


Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxışında 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” olduğunu qeyd edərək, bu dahi şəxsiyyətin müstəqil Azərbaycanın inkişaf və tərəqqisindəki rolundan danışıb. Onun iqtisadi, sosial sahələrdə, o cümlədən səhiyyədə qazanılmış nailiyyətlərdə əvəzsiz xidmətlərini vurğulayıb. Ulu öndərin adı ilə bağlı bu konfransın da məhz Naxçıvanda, onun vətənində keçirilməsinin xüsusilə əlamətdar olduğunu bildirib. 


Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının fəaliyyəti haqqında məlumat verərək, onun Azərbaycanın ən qabaqcıl və müasir tibb müəssisələrindən biri, aparıcı klinik, elmi və maarifləndirici mərkəz olduğunu, eləcədə də  müasir təbabətin digər istiqamətləri ilə yanaşı ürək-damar cərrahiyyəsi və invaziv kardiologiya sahəsində ən mürəkkəb cərrahi əməliyyatlar icra edildiyini qeyd edib. 


Mərkəzi Gömrük Hospitalının kardiologiya sahəsində zəngin təcrübəsinin Naxçıvanlı həmkarlarla bu konfransda paylaşmağın sevindirici hal olduğunu qeyd edən C.Məmmədov konfransın məqsədinin təcrübə mübadiləsi aparmaq, klinik praktikada tətbiq olunan ən son diaqnostik və müalicə metodları haqqında məlumatları bölüşmək olduğunu deyib.


Konfransda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı videoçarx nümayiş etdirilib.
Daha sonra konfransın elmi hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, əməkdar həkim Rəşad Mahmudov, Ege Universitetinin Tibb fakultəsinin Kardiovaskulyar cərrahiyyə şöbəsinin ürək-damar cərrahı, professor Çağatay Engin,  Medicana İnternational İzmir Xəstəxanasının ürək-damar cərrahı, professor Dr. Suat Büket, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, uzman invaziv kardioloq İlqar Tahiroğlu, KVC şöbəsinin rəisi, uzman ürək-damar cərrahı Elməddin Əliyev və digər mütəxəssislər təqdimatlarla çıxış ediblər. 


Həkim, rezident və Naxçıvan Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulan konfransda kardiologiya və kardiovaskulyar cərrahiyyədə müasir trendlər, o cümlədən mövzu ilə bağlı yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar nümayiş olunub və auditoriyanı maraqlandıran suallar cavablandırılıb. 


Qeyd edək ki, Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib. Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilib.

 

foto