XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti“ mövzusunda seminar həyata keçirilib.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg

24 yanvar 2025-ci ildə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında  “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti” mövzusunda seminar həyata keçirilib. 


Seminarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Mərkəzi Gömrük Hospitalının və digər xəstəxanaların klinik bazasında təhsil alan müxtəlif ixtisaslı rezidentlər və gənc həkimlər iştirak edib. 


Seminarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti“ mövzusunda geniş təqdimatla çıxış edib. Rəşad Mahmudov çıxışında sübutlu təbabət prinsiplərinə əsaslanan klinik protokolların gündəlik praktikada tətbiqinin pasiyentyönümlü tibbi xidmətlərin beynəlxalq standartlara uyğun təşkilində olduqca vacib əhəmiyyətə malik olduğunu vurğulayıb. 


Seminar zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov seminar iştirakçılarına gündəlik tibbi praktikada klinik protokollardan istifadənin əhəmiyyəti və Azərbaycanda ilk klinik protokolların yaranma tarixi barədə məlumat verib. Ceyhun Məmmədov internetdə sübutla əsaslanan təbabətlə bağlı materialların mövcud olduğu resurslardan da danışıb, həmçinin Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş klinik protokollarla dinləyiciləri tanış edib.


Seminarın sonunda Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva çıxışına və aktual mövzunu gündəmə gətirdiyinə görə Rəşad Mahmudova təşəkkür edib və gənc həkim və rezidentləri gündəlik təcrübələrində aktiv şəkildə klinik protokollardan istifadəyə səsləyib.