XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş maarifləndirici aksiya keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg

1 iyun 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında balaca pasiyentlər üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş maarifləndirici aksiya keçirilib. Tədbir çərçivəsində Mərkəzi Gömrük Hospitalının rəisi- baş həkim Bəxtiyar Musayev, pediatrlar, uşaq cərrahları və personal müalicə alan balaca pasiyentlərlə maarifləndirici söhbətlər aparıb, onlara  hədiyyələr təqdim ediblər.


Tədbirin keçirilməsində məqsəd valideynlərin və uşaqların diqqətini sağlamlıqlarının qorunmasına yönəltmək, bu  istiqamətində maarifləndirmə işini gücləndirmək, mütəmadi olaraq uşaqların müayinələrdən keçməsinin vacibliyini vurğulamaq olub.  Belə ki, uşaqların sağlam böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi üçün zəruri şəraitin yaradılması Mərkəzi Gömrük  Hospitalının əsas məqsədlərindəndir. 


Belə ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqların özləri üçün əyləncəli bir bayram olmaqla yanaşı, həm də bütün uşaqların xoşbəxt, sağlam böyüməsi və gələcəkdə ölkənin layiqli vətəndaşları kimi formalaşmasının vacibliyini cəmiyyətə xatırladır. Xəstəliklərin erkən diaqnostikası yalnız xəstənin sağlamlıq vəziyyətini qiymətləndirməyə deyil, həm də müəyyən xəstəliklərin, patalogiyaların inkişaf riskini vaxtında müəyyən etməyə və qarşısını almağa imkan verir.