XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maarifləndirici tədbir keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg

Mərkəzi Gömrük Hospitalında 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları, həkim-rezidentlər, 1 və 2 saylı Bakı Tibb kolleclərinin təcrübə keçən tələbələri iştirak ediblər.  
Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-cil ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü”nün qeyd edilməsi, Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən bu illər ərzində həyata keçirilən tədbirlər, bu günün qeyd olunmasının məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Rəis müavini Fərid Əbilov qeyd edib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının məqsədi dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni yaymaq, mülki müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir. Rəis müavini Fərid Əbilov bildirib: “Azərbaycan Respublikası 1993-cü ildə bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. 
Beynəlxalq Mülki Müdafiə Təşkilatının rəsmi ad günü sayılan «1 Mart Ümümdünya Mülki Müdafiə Günü» 1995-ci ildən başlayaraq, hər il bu humanitar təşkilata üzv olan dövlətlərdə müvafiq kütləvi tədbirlərin keçirilməsini təşkil edir. Bu tədbirlərin keçirilməsində məqsəd - ictimaiyyətin diqqətini məhz qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəltməkdir”. Rəis müavini Fərid Əbilov çıxışının sonunda Mərkəzi Gömrük Hopitalında keçirilən tədbirin işinə uğurlar arzulayıb.
Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev mülki müdafiə işinin daim nəzarətdə saxlanılmasının, təkmilləşdirilməsinin və fövqəladə halların idarə edilməsi mexanizmlərinin gücləndirilməsinin olduqca vacib olduğunu vurğulayıb. Baş həkim Bəxtiyar Musayev çıxışında bildirib: “Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə qayıdışından sonra əhalinin təhlükəsizliyi sahəsində də geri dönüş yaranmış, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsi dövlət sisteminin bir hissəsi olaraq inkişaf etmiş və mülki müdafiənin dinamik inkişafı və təkmilləşdirilməsi təmin edilmişdir. 
Bu, ölkəmizdəki müvafiq sahənin günü-gündən təkmilləşdiyini və Ulu öndərin irsinin cənab prezidentimiz tərəfindən layiqincə davam etdirildiyinin nümunəsidir. Lakin nəzərə almaq lazımdır ki, ümumi idarəetmə ilə yanaşı mülki müdafiənin təşkilində həm də hər kəsin öz rolu vardır. Bu baxımdan aydın məsələdir ki, tibb müəssisəsi və tibb işçiləri olaraq bizim rolumuz da mülki müdafiənin təşkili aspektindən olduqca vacib əhəmiyyət daşıyır”. 
Daha sonra tədbirdə Mərkəzi Gömrük Hospitalının Texniki təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov “Azərbaycan Respublikası mülki müdafiəsinin əsas vəzifələri və Mərkəzi Gömrük Hospitalında həyata keçirilən mülki müdafiə tədbirləri” və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və fövqəladə hallarda mülki müdafiənin rolu” mövzularında təqdimatlarla çıxış ediblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib.