XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında “İcbari Tibbi Sığorta" mövzusunda maarifləndirici təlim keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg

6 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “İcbari Tibbi Sığorta" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin və onun strukturuna daxil olan idarələrin əməkdaşları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev salamlama nitqi ilə çıxış edərək ölkəmizdə icbari tibbi sığortanın bünövrəsinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması, daha sonra Prezident İlham Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaranması və uğurlu fəaliyyəti barədə ətraflı məlumat verib.


Daha sonra təlimdə İTSA-nın Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin Marketinq və Tədbirlər şöbəsinin aparıcı məsləhətçisi Fuad Bayramov icbari tibbi sığortadan istifadə qaydaları, qeydiyyat üçün  tələb olunan sənədlər, stasionar tibbi xidmətlərin alınması və mövzu ilə əlaqəli təqdimatla çıxış edib. Təqdimatlardan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb və təlim gömrük əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb.