XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 11.jpg
  • 10.jpg
  • 12.jpg

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2025-ci il üçün Tədbirlər Planı”na uyğun olaraq Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2025-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı 19 sentyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
 
Tədbirdə Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev, rəis müavinləri Nabil Seyidov və Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, şöbə rəisləri, həkimlər, rezidentlər, inzibati işçilər, baş və böyük tibb bacıları iştirak ediblər. 
 
Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev salamlama nitqi ilə çıxış edərək mövzunun aktuallığına dair fikirlərini bölüşüb, iş prosesində korrupsiyaya şərait yaradan halların qarşısının alınması istiqamətdə həyata keçirilən mütəmadi xarakterli tədbirlər və korrupsiya hüquqpozmalarına qarşı ciddi və səmərəli mübarizə üsulları  barədə ətraflı məlumat verib. 

Daha sonra tədbirdə mövzu ilə əlaqəli çıxışlar dinlənilib. Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Korrupsiya ilə mübarizənin səhiyyə üçün zərurliyi” mövzusunda çıxış edərək səhiyyədə korrupsiya ilə mübarizənin hərkəs üçün bərabər, əlçatan, ədalətli, təhlükəsiz, etibarlı və güvənilən tibbi xidmətlərin əldə edilməsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik bazası” barədə çıxış edən Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin inspektoru Səmra Qasımova qanunu detallı şərh edib və vacib məqamlar barədə auditoriyanı məlumatlandırıb.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov korrupsiyaya qarşı mübarizə çərçivəsində Hospitalın fəaliyyətinin şəffaf və uğurlu təşkili istiqamətində həyata keçirilmiş işlər, eləcə də qarşıda duran tədbirlərdən danışıb. 

Tədbir zamanı Urologiya şöbəsinin rəisi Bəhruz Xalıqov və Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov rəy və təkliflərini bölüşüb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirin sonunda Baş həkim Bəxtiyar Musayev bütün əməkdaşları korrupsiyaya qarşı mübarizədə fəal iştirak etməyə, bu mövzuda diqqətli və həssas olmağa dəvət edib.