Mərkəzi Gömrük Hospitalında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balaca pasiyentlər üçün maarifləndirici aksiya keçirilib. Aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkim, t.e.d. Dr. Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, Poliklinika şöbəsinin rəisi Dr.Tamilla Əliyeva, pediatrlar və müxtəlif ixtisaslı həkimlər stasionar və ambulator müalicə alan uşaqlarla görüşüb, onların sağlamlığı ilə bağlı faydalı tibbi tövsiyələr verib və hədiyyələr təqdim ediblər.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilən aksiyanın əsas məqsədi valideynlərin və uşaqların diqqətini sağlamlıq mövzusuna yönəltmək, profilaktik tədbirlərin əhəmiyyətini vurğulamaq və uşaqlar arasında sağlam həyat tərzinin təbliğinə dəstək olmaqdır. Həmçinin, tədbir zamanı uşaqların mütəmadi tibbi müayinələrdən keçməsinin vacibliyi bir daha önə çəkilib. Belə ki, xəstəliklərin erkən diaqnostikası uşaqların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməsi ilə yanaşı, müxtəlif xəstəlik və patologiyaların aşkarlanaraq qarşısının alınmasında mühüm rol oynayır.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam və xoşbəxt həyat arzulayırıq!
Son xəbərlər