XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüş keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg

31 avqust 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında 2026-cı ildə rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minarə Qafarova, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisləri Azad Əhmədov və Şəhla Mirzəzadə və həkim-rezidentlər iştirak ediblər.


Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev rezidentura təhsilinə yeni qəbul olunmuş həkim-rezidentləri təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb. O, rezidentlərin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, müasir tibbi bilik və bacarıqlara yiyələnməsi, eləcə də elmi-tədqiqat fəaliyyətinə cəlb olunması üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.


Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev çıxış edərək Hospitalda tətbiq olunan müasir diaqnostika və müalicə üsulları, həyata keçirilən mürəkkəb və unikal tibbi əməliyyatlar, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən Florence Nightingale Xəstəxanalar Qrupu, Böyük Britaniyanın Birmingham Women’s and Children’s Hospital və digər nüfuzlu tibb müəssisələri ilə əməkdaşlıq imkanları barədə məlumat verib. O, rezidentlərin təcrübəli və yüksəkixtisaslı həkimlərin rəhbərliyi altında çalışaraq klinik təcrübə qazanmaları, müasir tibbi yanaşmaları mənimsəmələri və öz peşəkar potensiallarını inkişaf etdirmələri üçün yaradılan imkanlardan səmərəli istifadə etmələrinin əhəmiyyətini qeyd edib.


Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxışında həkim-rezidentlərin yeni peşəkar mərhələyə qədəm qoyduqlarını qeyd edərək, rezidentura müddətində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. 


Görüş zamanı rezidentlərin təhsil və iş prosesi, klinik təcrübə, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq təcrübənin öyrənilməsi və peşəkar inkişaf imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həkim-rezidentlərin sualları cavablandırılıb, onların təklif və gözləntiləri dinlənilib.