XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında “Ulu Öndər Heydər Əliyev - 100 il” mövzusunda uşaqlar arasında şeir müsabiqəsi keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 29.jpg
  • 30.jpg
  • 31.jpg

9 dekabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev - 100 il” mövzusunda uşaqlar arasında şeir müsabiqəsi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr Idarəsinin rəisi Natiq Axundov, Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, əməkdaşlar və uşaqlar iştirak ediblər.


Tədbirdə “Ulu öndər Heydər Əliyev və uşaqlar” mövzusunda çarx nümayiş olunub. Ümummilli lider deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".


Şeir müsabiqəsinin rəsmi hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışıblar. 


Qeyd olunub ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir, bu istiqamətdə daim genişmiqyaslı işlər görülür. 


Daha sonra Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının uşaqları Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. Münsiflər heyəti tərəfindən seçilən birinci, ikinci və üçüncü yerlərin qaliblərinə hədiyyə  kuponları  və təltifnamələr təqdim edilib. Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Tədbir kollektiv şəklin çəkilməsi ilə başa çatıb.