XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg

12 dekabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, rəis müavinləri İsmayıl Əfəndiyev, Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbər işçiləri və əməkdaşları iştirak ediblər.
 
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım açılış nitqi ilə çıxış edərək dahi şəxsiyyət, böyük insan, Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərindən, o cümlədən ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi səhiyyə sahəsində həyata keçirilən islahatlar, müstəsna töhfələrindən danışıb. 

 

Rəis müavini Şahlar Mirqasım çıxışında bildirib: “Ulu öndər Heydər Əliyev həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969–1982–ci illərdə, həm SSRİ–nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətində Vətənimizin ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə xidmət edib, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışıb. Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaradıb”.

 

Daha sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sənədli film izlənilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Planlaşdırma və marketinq şöbəsinin PR üzrə mütəxəssisi Dilarə Zamanova və baş tibb bacısı Nigar Maqsudova çıxış edərək Ulu öndər Heydər Əliyevin səhiyyə, gömrük və gənclər siyasəti sahələrində fəaliyyəti barədə geniş məlumat veriblər.