XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

ÜST-nin “Qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr edilmiş tədbir həyata keçirilib.

  • 7.jpg
  • 5.jpg
  • 9.jpg
  • 11.jpg
  • 8.jpg
  • 10.jpg
  • 4.jpg
  • 6.jpg
  • 2.jpg
  • 3.jpg
  • 1.jpg

27 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azəri Toksikoloqlar Dərnəyinin birgə təşkilatçılığı ilə ÜST-nin “Qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr "Qurğuşuna məruz qalmanın qəbuledilməz riskləri və fəaliyyətlərə ehtiyac” mövzusunda tədbir həyata keçirilib.


Aidiyyatı dövlət və özəl qurumların rəhbər nümayəndlərinin, o cümlədən tibb işçilərinin iştirak etdiyi tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev salamlama nitqi ilə çıxış edərək qurğuşunla zəhərlənmələrin qarşısının alınması istiqamətində yerli və beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. “Boyalarda qurğuşunun miqdarının tənzimlənməsi haqqında normativ sənədlərin hazırlanması və tətbiqi” layihəsi barədə də geniş məlumat verən İ.Əfəndiyev bu sahədə qurumlararası əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. 


Tədbirin rəsmi hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov da çıxış edib. Ölkə səviyyəsində bu işin təşkilində səhiyyə siyasətinin təkmilləşdirilməsinin vacibliyini vurğulayan Rəşad Mahmudov tədbirin işinə uğurlar arzu edib və bu sahədə olan təqdirəlayiq fəaliyyətlərin təşkilinə görə Mərkəzi Gömrük Hospitalının toksikoloqu İsmayıl Əfəndiyevə təşəkkür edib. 


Tədbirin elmi hissəsində Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi, Azəri Toksikoloqlar Dərnəyinin katibi Dr. Leyla Fətullayeva “Qurğuşuna məruz qalmanın əhatə dairəsi və sağlamlıq üçün təhlükələri”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin baş inspektoru, hüquqşunas Şahlar Misgərli “Qurğuşun tərkibli boya və ya oxşar örtük materialları haqqında qanun layihəsinin təqdimatı”, Rüzgar Ekoloji Cəmiyyətin əməkdaşı Əminə Mikayılova “Məişət boyalarında qurğuşun və onun zərərləri” və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Qurğuşunla zəhərlənmələrin qarşısının alınmasında maarifləndirmə və multisektoral əməkdaşlığın əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib.


Tədbirin sual-cavab və müzakirə hissəsində çıxış edən Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynov və digər ekspertlər mövzu ilə əlaqədar fikirlərini səsləndirib və birgə əməkdaşlığa hazır olduqlarını qeyd ediblər.
Tədbir sonda xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

 

foto