XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Xalq yazıçısı Çingiz Abdullayev bu gün Mərkəzi Gömrük Hospitalından sağalaraq evə yazılıb

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg

6 aprel 2024-cü il tarixində səhər saat 3 radələrində səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş Azərbaycanın detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev sağalaraq bu gün evə yazılıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin reanimatoloqları və tibb heyəti Çingiz Abdullayevi evə yola salıblar.

 

Çingiz Abdullayev yüksək səviyyədə ona göstərilən tibbi xidmətlərə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayevə və gecə-gündüz onun sağalması üçün əlindən gələni edən bütün tibb heyətinin əməyini yüksək qiymətləndirərək, onlara təşəkkürünü bildirib.