XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

"Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçirilib.

  • 1.jpg
  • 2.JPG
  • 3.JPG
  • 4-2.JPG
  • 4-1.JPG
  • 5.JPG
  • 6.JPG
  • 7.JPG
  • 8.JPG
  • 9.JPG
  • 10.JPG
  • 11.JPG
  • 12.JPG
  • 12-1.JPG
  • 12-2.JPG
  • 13.JPG

10 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Nəsil Qrup MMC şirkətinin birgə təşkilatçılığı ilə "Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçirilib.


Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfrans iştirakçılarını salamlayaraq mövzunun aktuallığına dair fikirlərini bölüşüb. O, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin il ərzində mütəmadi olaraq yerli mütəxəssislərin beynəlxalq təcrübədən faydalanması üçün müxtəlif elmi fəaliyyətlər təşkil etdiyini qeyd edib. Konfransın bilik və təcrübə mübadiləsi üçün faydalı platforma olacağına inandığını qeyd edən İ.Əfəndiyev hərkəsi müzakirələrdə aktiv iştirak etməyə dəvət edib. 


Daha sonra rəsmi hissədə çıxış edən Mərkəzi Gömrük Hospitalın rəisi, baş həkim Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalında xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən İnfeksiyaya Nəzarət Komissiyasının fəaliyyəti barədə qısa məlumat verib.


Konfransın rəsmi hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin sektor müdiri Vüsalə Səfərova və TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri. t.ü.f.d. Yaqut  Qarayeva da çıxış edərək faydalı mövzuya həsr edilmiş elmi tədbirə görə Tibbi Xidmət İdarəsinin rəhbərliyinə təşəkkür ediblər.


Rəsmi hissədən sonra Konfrans Mikrobiologiya üzrə uzman, İstanbul Hippokrat Laboratoriyalarının icraçı direktoru Dr. Oktay Öztürk və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının Mərkəzi Laboratoriyasının rəisi Dr. Elvin Bayramovun moderatorluğu ilə “Antibiotik rezistentliyi ilə mübarizədə mikrobioloji diaqnostikanın rolu və antibiotikterapiya” və TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri. t.ü.f.d. Dr. Yaqut  Qarayeva və Mərkəzi Gömrük Hospitalının rəis müavini. t.ü.f.d. Dr. Nabil Seyidovun moderatorluğu ilə “Xəstəxanadaxili infeksiyalara nəzarətin əhəmiyyəti və infeksion kontrol” paneli ilə öz işinə davam edib. 


Konfransda Mərkəzi Gömrük Hospitalının həkimləri-Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d. Dr. Səbinə İbrahimova  “İnfeksion xəstəliklərdə molekulyar-diaqnostik və immunoloji üsulların əhəmiyyəti”, uzman anestezioloq-reanimatoloqu Dr. Sevda Hüseynova “Sepsis: Reanimatoloqun gözü ilə”, Urologiya şöbəsinin rəisi, uzman uroloq Dr. Bəhruz Xalıqov “Kateterə bağlı sidik yolu infeksiyaları.”, uzman infeksionist Dr. Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalarla mübarizənin əhəmiyyəti”, İnfeksiyaya Nəzarət Komissiyasının üzvü Dr. Səttar Yaqubov “Mərkəzi Gömrük Hospitalının infeksiyaya nəzarət sahəsində mövcud təcrübəsi”, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-mikrobioloqu, V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun doktrantı Dr. Leyla Həşimova “Mikrobioloji laboratoriyada innovativ sistemlər” və ATU-nun tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti, t.ü.f.d., analitik ekspertiza mərkəzinin eksperti Dr. Həyat Əliyeva “Sepsisin diaqnostikasına müasir yanaşma.” mövzularında təqdimatla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar. 


Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan və 300 nəfərədək həkimin hibrid formatda iştirak etdiyi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

 

foto