LABORATORİYA

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Laboratoriya ISO 15189:2012


Mərkəzi Gömrük Hospitalının Laboratoriyası ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət sertifikatını alıb.

Laboratoriyanın akkreditasiya olunması tibb sahəsində  yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, səhiyyə normativlərinin yerinə yetirilməsinə,  sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə cavab verməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verir.
Mərkəzi Gömrük Hospitalının Laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biri olaraq müasir, tam avtomatlaşdırılmış analizatorlarda diaqnostikanın ümumi iş prinsipinə uyğun olaraq kliniki, biokimyəvi, koaqulopatoloji, hematoloji, bakterioloji, immunoseroloji və molekulyar-genetik müayinələr aparır.
24 saat rejimində bütün zəruri resurslara malik olan Laboratoriya dünya bazarında nüfuzunu artırır və rəqabət mühitində üstünlük göstərir. Pasiyentlərə təklif etdiyimiz geniş profilli laborator xidmətlər idarə edilmənin səriştəli, səmərəli təşkil edildiyini və alınan nəticələrin yüksək keyfiyyətli olduğunu təsdiqləyir. Qeyd edək ki, kompleks şəkildə istifadə olunan profil müayinələrə 30% endirim mövcuddur.

REVMATOLOJİ profil: 166 AZN

Oynaqlarda ağrı, hərəkət aktivliyinin azalması, eyni zamanda həm ürək həm də oynaqların zədələnməsi ilə gedən revmatizm zamanı, artroz və sümüklərdə osteopeniyanı qiymətləndirmək üçün aşağıdakı testlərdən istifadə olunur:

DİABETİK profil: 121 AZN
ANEMİYA profili: 137 AZN
KARDİORİSK (ilkin müayinə): 62 AZN
HEPATİT profili (ilkin müayinə): 145 AZN
QARACİYƏR profili: 114 AZN
BÖYRƏK profili (ilkin müayinə): 99 AZN
BÖYRƏK profili (XBÇ): 99 AZN
KARDİOLOJİ profil: 108 AZN
40+ YAŞLI KİŞİLƏR üçün xüsusi profil: 126 AZN
SAĞLAM UŞAQ (0-1 yaş): 182 AZN
SAĞLAM UŞAQ (1-14 yaş): 174 AZN
ONKOLOJİ profil: Kişi - 202 AZN, Qadın - 142 AZN
HAMİLƏLİK profili: 57 AZN
ANA OLMAQ İSTƏYİRƏM (hormon profili): 197 AZN
​​​​​​​HAMİLƏLİYƏ HAZIRLIQ VƏ HAMİLƏLİK ZAMANI: 233 AZN
QALXANVARİ VƏZİN müayinəsi: 125 AZN

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! 

Dr. Səbinə İbrahimova

şöbə rəisi, həkim-laborant

Dr. Nərmin Mehdiyeva

həkim-laborant

Dr. Reyhan Əliyeva

həkim-biokimyaçı

Dr. Naibə Əliyeva

həkim-laborant

Dr. Gülşən Babayeva

həkim-laborant