Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsi Həkim Tibb komissiyasının sədri Sultan Hüseynov, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva və şöbə rəisləri 17 iyun Tibb İşçilərinin Peşə bayramı ərəfəsində Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər, dahi şəxsiyyətin məzarı önünə tər çiçəklər qoyublar, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Sonra nümayəndə heyəti Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də məzarları üzərinə gül dəstələri düzüblər.
Ulu öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vuğulamışdır. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlanmışdır.
17 iyun - Tibb işçilərinin peşə bayramının qeyd edilməsi Ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsidir. Ümummilli liderin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçiləri Gününü təsis etməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verməsini göstərir.
Son xəbərlər