06.03.2023
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 9-cu “Könüllü gömrükçü” dəstəsinin 8 üzvü 6 mart 2023-cü il tarixindən etibarən 3 ay müddətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müvafiq şöbələrində fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq 6 mart 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib.