04.11.2024
2 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, “Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” və “Avita” MMC şirkətinin birgə təşkilatçılığı ilə Füzuli şəhərində qazi və şəhid ailələrinin üzvləri və sakinlər üçün 8 Noyabr - Zəfər Gününə həsr edilmiş növbəti tibbi sosial xeyriyyə aksiyası keçirilib.



























