XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Mərkəzi Gömrük Hospitalında tədbir keçirilib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov tədbirdə çıxış edərək peşə bayramı münasibətilə Mərkəzi Gömrük Hospitalının əməkdaşlarını təbrik edib, Ümummilli Lider Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqətin bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.


  • 17 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavinləri İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva və əməkdaşlar Tibb İşçilərinin Peşə Bayramı Günü Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin məzarı önünə tər çiçəklər düzüb və Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.


  • Mərkəzi Gömrük Hospitalında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə autizm spektr pozuntuları ilə üzləşmiş uşaqlar üçün tibbi-sosial aksiya təşkil olunub. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, tibb işçiləri və könüllü gömrükçülər iştirak ediblər.