12.01.2024
12 yanvar 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 2023-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin inzabati heyəti, Mərkəzi Gömrük Hospitalının şöbə rəisləri, həkimləri və digər tibb personalı iştirak ediblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov iclası açaraq 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlamətdar olduğunu bildirib.



























