11.10.2023
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində formalaşdırılmış 10-cu “Könüllü gömrükçü” dəstəsinin 7 üzvünün DGK-nın Tibbi Xidmət İdarəsində 3 aylıq fəaliyyətinin başa çatması ilə bağlı 11 oktyabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və könüllü gömrükçülər iştirak ediblər.


























