XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim Ceyhun Məmmədov və rəis müavini, t.ü.f.d., İsmayıl Əfəndiyev 30-31 oktyabr 2023-cü il tarixlərində Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.


  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi Arzu Həsənov, İnformasiya Texnologiyaları şöbəsinin rəisi Bəhruz Muradov, Mərkəzi Gömrük Hospitalının Alqı-Satqı və Təchizat şöbəsinin rəisi Akif Əskərov, satınalmalar üzrə mütəxəssis Zərifə Məmmədova, Planlaşdırma və marketinq şöbəsinin rəisi Leyla Mustafayeva və baş tibb bacısı Ətayə Vəliyeva 26-28 oktyabr 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində Florence Nightingale Xəstəxanalar Qrupunun müxtəlif şöbələrinin fəalyyəti ilə, eləcə də tibbi xidmətlərin dəyərinin hesablanması, təchizatın planlı sürətdə təşkil edilməsi, xəstə təyinatları və dərman dövriyyəsinin elektron sistemi ilə tanış olublar. Həmçinin, səhiyyə sisteminin tam avtomatlaşdırılması və biomedikal sahədə fikir mübadiləsi aparılıb.


  • 28 oktyabr 2023-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” və “Phillips” şirkətlərinin əməkdaşlığı ilə Azərbaycan Radioloqlarının III Beynəlxalq Elmi–Praktiki Konfransı keçirilib.