XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 27 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azəri Toksikoloqlarının Dərnəyinin birgə təşkilatçılığı ilə “ÜST-nin qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr edilmiş “Uşaqlarda qurğuşun zəhərlənməsinin profilaktikası” mövzusunda Dəyirmi masa keçirilib.


  • 18 oktyabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında təhsil alan birinci il rezident- həkimlər və onların kuratorları ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, rezident- həkimlərin kuratorları, rezident-həkimlər və digər əməkdaşlar iştirak ediblər. 


  • Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva imzalayıblar.