XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının əməkdaşları Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edirlər

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi Arzu Həsənov, İnformasiya Texnologiyaları şöbəsinin rəisi Bəhruz Muradov, Mərkəzi Gömrük Hospitalının Alqı-Satqı və Təchizat şöbəsinin  rəisi Akif Əskərov, satınalmalar üzrə mütəxəssis Zərifə Məmmədova, Planlaşdırma və marketinq şöbəsinin rəisi Leyla Mustafayeva və baş tibb bacısı Ətayə Vəliyeva 26-28 oktyabr 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində Florence Nightingale Xəstəxanalar Qrupunun müxtəlif şöbələrinin fəalyyəti ilə, eləcə də tibbi xidmətlərin dəyərinin hesablanması, təchizatın planlı sürətdə təşkil edilməsi, xəstə təyinatları və dərman dövriyyəsinin elektron sistemi ilə tanış olublar. Həmçinin, səhiyyə sisteminin tam avtomatlaşdırılması və biomedikal sahədə fikir mübadiləsi aparılıb.  


Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının nümayəndə heyətinin Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupuna səfəri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu arasında 2019-cu ilin 3 may tarixində imzalanmış memorandum çərçivəsində həyata keçirilmişdir. 


Bu əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalının həkimlərinin, tibb personalının müntəzəm olaraq Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kurslarında iştirak etməsi, qarşılıqlı elmi-praktiki tədbirlərin, müştərək elmi-tədqiqat işlərinin və tibbi araşdırmaların keçirilməsi nəzərdə tutulub.