XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 9 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres öz işinə başlayıb.


  • 8 dekabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımovanın Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri Prof. Məlahət Sulatova ilə görüşü keçirilib. ATU-da keçirilən görüşdə Dr.Rəna Qasımova rezidentlərin yüksəkixtisaslı həkim kimi yetişməsi üçün görülən işlər, elmi araşdırmaların aparılması üçün yaradılan imkanlar barədə geniş məlumat verib.


  • 7 dekabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalında təhsil alan rezidentlərin kuratorlarları ilə hibrid formatda görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev rezidentlərin yüksəkixtisaslı həkim kimi yetişməsi ilə bağlı qarşıda duran vəzifələr, mövcud imkanlar, rezidentlərin Türkiyə Respublikasında Mevlana mübadilə proqramında, European Region Action Scheme for the Mobility of University Students (Erasmus) rotasiya proqramlarında iştirak etməsi imkanları barədə ətraflı məlumat verib.