XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalında Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini  Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkiminin müavini Bəxtiyar Musayev, DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Gabriele Manig və səfirliyin region üzrə məsul həkimi Dagmar Banisch iştirak ediblər.


Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Almaniya səfirliyinin region üzrə məsul həkimi Dagmar Banisch bildirib ki, əsas məqsədləri səfirlik personalının sağlamlıqla bağlı problemlərinin həlli, qəzalar və ya səhhətlərində yaranan qəfil xəstəliklər zamanı onlara tibbi xidmətlərin göstərilməsi, tibbi müayinədən keçmələri  üçün Mərkəzi Gömrük Hospitalını seçməsidir.


Səfirliyin birinci katibi Gabriele Manig Mərkəzi Gömrük Hospitalının nümunəvi tibb ocağı olması barədə rəylərə tez-tez rast gəldiklərini və bu səbəbdən də  region üzrə məsul həkimə məhz bu tibb müəssisəsi ilə əməkdaşlıq etməyi təklif etdiyini bildirib.


DGK-nın Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov diqqətə çatdırıb ki, yüksək ixtisaslı tibbi personala malik olan, ən müasir texnologiyaların  tətbiq edildiyi Mərkəzi Gömrük Hospitalı 2008-ci ildən fəaliyyət göstərir və  qısa zaman kəsiyində ölkənin qabaqcıl tibb ocaqlarından birinə çevrilib. Qeyd olunub ki, gömrük əməkdaşları və onların ailə üzvləri ilə yanaşı əhali də Hospitalın xidmətlərindən faydalanır. Diqqətə çatdırılıb ki, bir sıra beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri də Mərkəzi Gömrük Hospitalının xidmətlərindən istifadə etməkdədir.
Xidmət rəisi bildirib ki, 2020-ci ilin iyun ayından etibarən hospital yalnız COVİD-19 xəstələrinin müalicəsi ilə məşğuldur və bu sahədə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Bu COVİD-19 xəstələrinin müalicəsi dövlətimiz tərəfindən dəstəklənir və maliyyələşdirilir, xəstələr üçün bütün prosedurlar, dərmanlar, tibbi xidmətlər ödənişsizdir.

 

Görüşdə Mərkəzi Gömrük Hospitalının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və  qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.