XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Avstriyada Rəqəmsal Sağlamlıqla bağlı ən son innovasiyalar müzakirə olunur

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov 24-25 may 2022-ci il tarixlərində Avstriyanın Vyana şəhərində Avstriya Texnologiyalar İnstitutu, Avstriya Kompüter Cəmiyyəti, Biotibbi Mühəndislik Cəmiyyəti, Unit Trol və “Siemens Helathiness” təşkilatı tərəfindən təşkil olunan 16-cı illik “Sağlamlıq İnformatikası Rəqəmsal Sağlamlıqla görüşür” konqresində iştirak edir.

 

2007-ci ildən etibarən ildə bir dəfə keçirilən konfransın işinə müxtəlif ölkələrin dövlət və səhiyyə sektorlarından 300-dən çox nüfuzlu elm adamları, professorlar və tibb işçiləri qatılıb. Açılışda bildirilib ki, COVİD-19 pandemiyası dövründə dHealth 2020 və dHealth 2021 konqreslərinin onlayn keçirilməsinə baxmayaraq, dünyada yaranmış vəziyyət rəqəmsal sağlamlıq dünyasını əvvəlkindən daha aktual edib.

 

Qeyd edilib ki, builki konqresdə İKT və səhiyyə sahələrindən olan ekspertlər və innovatorlar rəqəmsal sağlamlığı daha da yaxşılaşdırmaq məqsdilə bir araya gəliblər. Hazırda rəqəmsal səhiyyə bir tərəfdən, çox populyar və sürətlə inkişaf edən bir sahə olsa da, digər tərəfdən çox mürəkkəb və risklidir. Son vaxtlar dünyanın qabaqcıl ölkələrində teletibb, xəstələr üçün mobil proqramlar və süni intellekt sistemləri kimi sahələr fəal inkişaf edir.

 

Beynəlxalq konqresin proqramına səhiyyə xidmətinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə “Sağlamlıq İnformatikası Rəqəmsal Sağlamlığa cavab verir” şüarı altında keçirilən təcrübə və nəzəriyyədən seminarlar, mühazirələr və elmi təqdimatlar daxil edilib. İki gün müddətində davam edən konfransda “Rəqəmsal Sağlamlıq”, “Böhran vəziyyətində səhiyyədə qlobal qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi”, “Ürək telereabilitasiyası”, “Rəqəmsal Terapevtlik” və digər mövzularda təqdimatlar edilir.