XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Narkotik vasitələr, psixotrop maddələr və saxta dərmanlar: müasir dünyanın qlobal çağırışı” mövzusunda seminar keçirilib.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg

12  oktyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən müxtəlif idman federasiyalarının üzvləri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri və müəllimləri üçün “Narkotik vasitələr, psixotrop maddələr və saxta dərmanlar: müasir dünyanın qlobal çağırışı” mövzusunda maarifləndirici seminar keçirilib.


Ölkəmizin müxtəlif idman federasiyalarının idmançılarının, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin və müəllimlərinin iştirakı ilə keçirilən seminarda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov və Mərkəzi Gömrük Hospitalının psixiatrı Gülay Məmmədzadə çıxış edərək psixotrop maddələrin, yeni növ sintetik narkotik vasitələrin, hallüsinogenlər və prekursorların,  saxta dərmanların insan orqanizminə göstərdiyi təsirləri barədə ətraflı məlumat veriblər. 


Seminarı giriş sözü ilə açan Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun dosenti  Rəhimə Qabulova çıxışında bu cür seminarların idmançıların və gənclərin maarifləndirilməsində böyük əhəmiyyətə malik olduğunu qeyd edib və seminarın işinə uğurlar arzulayıb. Rəhimə Qabulova çıxışının sonunda tədbirin keçirilməsinə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə və məruzəçilərə dərin təşəkkürünü bildirib.  


Seminarda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” mövzusunda, Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzusunda və  Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı Gülay Məmmədzadə “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər” mövzusunda təqdimatla çıxış ediblər.  Tədbirin sonunda məruzəçilər iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.