XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Azərbaycan və Rusiya ölkələrinin Dövlət Gömrük Komitələrinin Tibbi Xidmət İdarələrinin nümayəndələrinin görüşü keçirilib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyi Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin Tibbi Xidmət İdarəsinin dəvəti ilə 26-27 fevral tarixlərində Moskva şəhərində rəsmi işgüzar səfərdə olub.  AR DGK-nin Tibbi Xidmət İdarəsinin nümayəndə heyətinin tərkibində  Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov başda olmaqla, Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım və  Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev iştirak ediblər.  Rusiya Federal Gömrük Xidmətinin nümayəndə heyətini   Tibbi Xidmət İdarəsinin rəisi Andrey Sokolov, Tibbi Xidmət İdarəsinin Tibbi Yardımın və Sanator-Kurort Müalicə işinin Təşkili şöbəsinin rəisi Fyodor Yevstiqneyev və Mərkəzi Klinik Hospitalının rəisi Nikolay Dasayev təmsil ediblər.


Azərbaycan nümayəndə heyəti  səfərin birinci günü Rusiyanın Federal Gömrük Xİdmətinin Baş İdarəsində ilk görüşünü keçirib. Görüş zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı naminə ölkədə görülən məqsədyönülü işlər  və uğurlar haqqında, Dövlət Gömrük Komitəsində aparılan geniş islahatlar və eyni zamanda Tibbi Xidmət İdarəsinin f əaliyyəti  haqqında Rusiya həmkarlarına  ətraflı  məlumat verib. İkitərəfli müzakirələr zamanı Gömrük Xidməti nəzdində Tibbi Xidmətin təşkili ətrafında təcrübə mübadiləsi, gömrük əməkdaşlarına hospital şəraitində göstərilən tibbi xidmətin keyfiyyəti, regionlarda xidmət edən  gömrük işçilərinə tibbi xidmətin vaxtında və lazımi səviyyədə   göstərilməsinə  dair məsələlər öz əksini tapıb. 


Azərbaycan nümayəndə heyəti səfərin ikinci günü Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin Mərkəzi Klinik Hospitalının işi ilə yaxından tanış olub. Hospitalın rəisi Nikolay Dasayev xəstəxanada gömrük əməkdaşlarına göstərilən xidmətlər , xəstəxananın struktur bölmələri, avadanlığı, tibbi xidmət işinin  təşkili və xəstəxanada tibbi personala yaradılan şərait haqqında  ətraflı məlumat verib. 


Həmçinin, ölkələrin Gömrük Xidmətlərinin  Tibbi Xidmətləri və Hospitalları arasında gələcəkdə işguzar əlaqələrin yaradılması, əməkdaşlıq və  tərəfdaşlıq  əsasında ikitərəfli işlərin qurulmasına dair imkanlar müzakirə olunub.