XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 3.1..jpg
  • 4.jpg
  • 5.jpg
  • 7.jpg
  • 6.jpg
  • 8.jpg
  • 9.JPG
  • 10.JPG
  • 12.JPG

29 mart 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova,  Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirova, həkimlər, reanimatoloqlar və tibb işçiləri iştirak ediblər. 


Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim Ceyhun Məmmədov çıxış edərək, çox vacib və önəmli mövzuya həsr edilmiş bu tədbirin təşkili üçün Səhiyyə Nazirliyinin Transplantasiya Mərkəzinə və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinə təşəkkürünü bildirib.


Ceyhun Məmmədov  2021-ci ildə Azərbaycan alimi, tibb elmləri doktoru Fəxrəddin Cavadovun 70 illiyinə həsr olunmuş, daha sonra 2022-ci ildə beyin ölümünə həsr olunmuş belə bir tədbirin keçirilməsini, ötən il isə böyük marağa səbəb olan Dəyirmi masanın keçirilməsini də xatırladıb, qeyd edib ki,  bu mövzu hazırda çox aktualdır və transplantologiyada beyin ölümü diaqnozunun nə vaxt, hansı hallarda və kim tərəfindən qoyulması çox mühüm məsələdir. Bu sahədə çoxlu suallar var ki, bugünkü seminarda bu barədə fikirlər səslənəcək, müzakirələr aparılacaq, insanları düşündürən suallar cavablandırılacaq. Ceyhun Məmmədov qeyd edib ki, son vaxtlar Transplantologiya Mərkəzinin mütəxəssislərinin səyləri nəticəsində beyin ölümü diaqnozu qoyulmağa başlayıb və artıq Mərkəzi Gömrük Hospitalında da belə bir diaqnoz qoyulmuşdur.


Daha sonra rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirova da mövzunun aktuallığına dair fikirlərini bölüşərək, Tibbi Xidmət İdarəsinin rəhbərliyinə mühüm əhəmiyyətli mövzulara dair həyata keçirilən davamlı tibbi təhsil tədbirlərinə görə təşəkkür ediblər.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova bildirib ki, hazırda orqan köçürülməsi əməliyyatının icrasını gözləyən bir çox xəstələr üçün donor tapılmasında beyin ölümü diaqnozunun qoyulmasına böyük ehtiyac var. Bu işdə reanimatoloqların üzərinə düşən işləri xüsusi qiymətləndirən Y.Abbasova qeyd edib ki, bugünkü seminardan sonra bu işin başlanması gözlənilir və həkimlər orqan gözləyən pasiyentlərinə köməkliklərini göstərə biləcək. 


Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirova çıxışında beyin ölümü diaqnozunun qoyulmasını çox dərin və etik cəhətdən mürəkkəb mahiyyətə malik olduğunu bildirərək, buna incə yanaşmaq lazım olduğunu deyib. Belə ki, hər bir ölümün arxasında bir ailə, mərhumun yaxınları vardır, onun həyatının bir unikal hekayəsi vardır və həmin anlarda bu çətin vəziyyətdə olan insanlara da dəstək olmalıyıq ki, bu onlar üçün çöx önəmlidir. 


Rəsmi hissədən sonra seminarın elmi hissəsi öz işinə başlayıb. Elmi hissədə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Dr. Mircəlal Kazımi “Beyin ölümü diaqnozunun klinik əhəmiyyəti”, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova “Beyin ölümünün diaqnostikası və təsdiq metodları”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Dr. Mehdi Əliyev “Beyin ölümü diaqnozunun qoyulmasına praktik yanaşma və təcrübəmiz” və Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Dr. Eldəniz Hüseynov “Beyin ölümü diaqnozunun təyinində instrumental diaqnostik müayinələrin yeri” mövzularında təqdimatlarla çıxış ediblər. Seminar zamanı auditoriyanı maraqlandıran suallar cavablandırılıb və real klinik hallara dair müzakirələr həyata keçirilib.


Ölkənin müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan transplantoloq, anestezioloq-reanimatoloq, radioloq və ümumi cərrah ixtisasına malik həkimlər və rezidentlərin iştirak etdiyi seminar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

 

foto