XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

DGK-nin Tibbi Xidmət İdarəsi və “Abbott” şirkətinin nümayəndələri arasında qarşılıqlı əməkdaşlıq imkanlarına həsr edilmiş növbəti görüş keçirilib

  • 33.jpg
  • 22.jpg
  • 11.jpg
  • 44.jpg

15 sentyabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin “Abbott” şirkəti ilə imzaladığı memorandum çərçivəsində qarşılıqlı əməkdaşlığa həsr edilmiş növbəti görüşü keçirilib.


Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu, Tibbi Xidmət İdarəsinin PR üzrə mütəxəssis Dilarə Zamanova və “Abbott” şirkətinin Rusiya və MDB üzrə Ürək Cərrahiyyəsi şöbəsinin müdiri Aleksey Potebnya, Müstəqil Dövlətlər Birliyi üzrə nümayəndə Baqdad Nuşanbekkızı iştirak ediblər.


İmzalanmış memorandum cərçivəsində əməkdaşlığın növbəti addımları istiqamətində TAVİ prosedurlarının Azərbaycanda inkişafı, mitral klip əməliyyatının ölkəmizdə tətbiq olunmasının perspektivləri, ürək-damar cərrahiyyəsi sahəsində metodik vəsaitlərin və protokolların hazırlanması və praktikada tətbiqi, o cümlədən  Mərkəzi Gömrük  Hospitalının Avropanın qabaqcıl tibb müəssislərində təcrübə proqramlarında iştirakı məsələləri və hər iki tərəfin marağında olan digər məsələlər ətrafında danışıqlar aparılıb.


Xatırladaq ki, 29 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və “Abbott” arasında Anlaşma Memorandumu imzalanmışdır.