XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

DGK TXİ-nin nümayəndəsi Aktau şəhərində beynəlxalq tibbi sanitar qaydalarının tətbiqi çərçivəsində keçirilən Ümumdünya Səhiyyə Təşkilatının regional təlimində iştirak edib.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 778.jpg
  • 779.jpg
  • 777.jpg

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndəsi Aktau şəhərində beynəlxalq tibbi sanitar qaydalarının tətbiqi çərçivəsində keçirilən Ümumdünya Səhiyyə Təşkilatının regional təlimində iştirak edib.
29 may-2 iyun 2023-cü il tarixlərində Qazaxıstan Respublikasının Aktau şəhərində beynəlxalq tibbi sanitar qaydalarının tətbiqi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional təlimi keçirilib. 


ÜST-nin Avropa nümayəndəliyinin təşkil etdiyi seminarda Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistandan nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndəliyinin tədbirdə iştirakı ÜST-nin Azərbaycan üzrə regional ofisi tərəfindən təşkil edilmişdir. Təlimdə Azərbaycan Respublikasını ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Cəvahir Süleymanova, Dövlət Gömrük Komitəsindən Şahlar Mirqasım, Səhiyyə Nazirliyindən Mürsəl Məmmədov təmsil edib. 


Seminar zamanı iştirakçılar dövlət sərhəd buraxılış məntəqələrində beynəlxalq hüquq normalarına əsaslanan sanitar-nəzarət sistemi ilə tanış olublar. Aktau şəhərinin beynəlxalq hava və dəniz limanlarına edilən səfərlər zamanı təlim iştirakçıları Beynəlxalq Tibbi Sanitariya Qaydaları çərçivəsində komanda-qərargah təlimlərində aktiv iştirak ediblər.
Tədbir zamanı Azərbaycan nümayəndə heyətini təmsil edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım sərhəd-buraxılış məntəqələrində həyata keçirilən sanitar nəzarəti və əks-epidemik tədbirlərin tətbiqi sahəsində Azərbaycanın təcrübəsini əhatə edən geniş təqdimatla çıxış edib. Təqdimatda COVID-19 pandemiyası zamanı dövlət gömrük sərhədində sanitar-nəzarətin təşkili xüsusi yer tutmuşdur.


Seminar zamanı Avropa Bürosunun ekspertləri tərəfindən beynəlxalq səyahətlərlə bağlı risklərin qiymətləndirilməsinə, yerüstü keçid məntəqələrində sərhədyanı ölkələrlə sanitariya nəzarəti sahəsində əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirilib. Tədbirin sonunda təlim iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.