XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

DGK TXİ-nin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları səhiyyə islahatlarında səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə Beynəlxalq Konqres və Dəyirmi Masada iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları səhiyyə islahatlarında səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə Beynəlxalq Konqres və Dəyirmi Masada iştirak ediblər.


19-20 oktyabr 2022-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Beynəlxalq HTAİ (Health Technology Assessment İnternational) təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilmiş “Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi üzrə 1-ci Bakı Beynəlxalq Konqresi” və “Səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə milli siyasətin formalaşdırılması” mövzusunda Dəyirmi Masada iştirak ediblər.


Tədbirlərdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin əməkdaşı Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev, İnformasiya texnologiyaları şöbəsinin rəisi Bəhruz Muradov və Alqı-satqı şöbəsinin rəisi Rəşad Fərəcov iştirak edib.


Tədbirin rəsmi açılış hissəsində Səhiyyə nazirinin müavini Nadir Zeynalov və  Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının prezidenti Vija Oortveyn çıxış edərək səhiyyə texnologiyalarının inkişafının bütün region ölkələr üçün əhəmiyyətindən və cəmiyyətin sağlamlığının qorunması istiqamətində faydasından söz açıblar.


ABŞ, Türkiyə, Polşa, Ukrayna, Niderland, Qazaxıstan, Qırğızıstan və Özbəkistan üzrə HTA-nın aparıcı nümayəndələrinin, o cümlədən yerli ekspertlərin iştirakı ilə keçən müzakirələrdə səhiyyə texnologiyalarının  səhiyyə xismətləri ilə əlaqəsi, bölgədə səhiyyə texnologiyalarının inkişafı ilə bağlı əməkdaşlığı genişləndirmək istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.