XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndələri AMEA Fiziologiya İnstitutunda görüş keçiriblər

10 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov və Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva əməkdaşlıq haqqında ikitərəfli memorandum çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda işgüzar görüş keçiriblər.


AMEA Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova yeni koronavirus pandemiyası dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə aparılan birgə elmi araşdırmalar sahəsində əldə edilmiş nəticələrdən məmnunluğunu ifadə etdi, COVID-19 xəstəliyinin ağır klinik gedişi ehtimal edilən və risk qrupuna daxil olan pasiyentlərin aşkar edilməsi sahəsində gələcək əməkdaşlıq haqqında öz düşüncələrini bölüşdü.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev COVID-19 xəstələrində və postkovid sindromundan əziyyət çəkən şəxslərdə müxtəlif tibbi, bioloji və psixoloji aspektlərin birgə tədqiq edilməsinin, o cümlədən aparılan elmi araşdırmalara Mərkəzi Gömrük Hospitalının gənc mütəxəssisləri və həkim-rezidentlərinin cəlb olunmasının əhəmiyyətini qeyd etdi, birgə elmi seminar və simpoziumların keçirilməsinin vacibliyini vurğuladı.


Konstruktiv fikir mübadiləsi şəraitində keçən görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, birgə elmi nəşrlər və ikitərəfli fəaliyyətin digər aspektləri haqqında ilkin razılıq əldə olundu.