XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini ÜST-ün tədbirində “Epidemioloji Nəzarət işinin təşkili” sahəsində təqdimatla çıxış edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Baytarlıq, fitosanitar və sanitariya şöbəsinin rəisi Günay Salamova, həmin şöbənin böyük inspektoru Məəzət Kazımova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin əməkdaşları 9-10 fevral 2023-cü il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə keçirilən  “Beynəlxalq Tibbi Sanitariya (2005) Monitorinq və Qiymətləndirmə” layihəsi çərçivəsində xarici qiymətləndirmə üzrə birgə təlim seminarında iştirak ediblər. 


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım seminarda ölkənin Birgə Xarici Qiymətləndirməyə hazırlıq işləri çərçivəsində “Epidemioloji Nəzarət işinin təşkili” sahəsində təqdimatla çıxış edib. 


Qeyd edək ki, ÜST beynəlxalq tərəfdaşlarla birlikdə, Beynəlxalq Tibbi -Sanitariya Qaydaları ilə tələb olunan,  ölkə imkanlarının monitorinqi və qiymətləndirilməsinin həyata keçiriməsi üçün  Birgə Xarici qiymətləndirməyə (BXQ) hazırlıq işləri görür.


BXQ ölkənin ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin müəyyən edilməsi, qiymətləndirilməsi, qarşısının alınması üçün lazım olan alətlərdən biridir. BXQ multi-sektoral şəkildə və 19 texniki sahəni əhatə etməklə aparılır.


Seminarda Səhiyyə Nazirliyi, Təbib, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Hava Yolları, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Komitəsinin nümayəndələri iştirak ediblər.