XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Ümumdünya Səhiyyə Sammiti - 2023 forumunda iştirak edir.

  • 111.jpg
  • 112.jpg

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, əməkdar həkim, t.ü.f.d., Ceyhun Məmmədov Ümumdünya Səhiyyə Sammiti 2023 forumunda iştirak etmək üçün Almaniya Federativ Respublikasının Berlin şəhərinə ezam olunub. 15 oktyabr 2023-cü il tarixində işə başlayan forumda qlobal səhiyyənin aktual məsələləri: daha sağlam gələcək üçün tibb sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, qlobal sağlamlığın əsas siyasi məsələ kimi tanınmasını təşviq etmək, dünyanın bütün ölkələrində elmi əsas tutaraq sağlamlıqla bağlı problemlərin həllini tapmaq və digər məsələləri müzakirə olunur. 


Forum çərçivəsində 16 oktyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Klugeni ilə görüşmüşdür. Forum oktyabrın 17-nə qədər işini davam etdirəcək.