XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin yeni metodik vəsaiti çapdan çıxıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim Rəşad Mahmudovun müəlliflər olduğu “Narkotik vasitələr və psixotrop maddələrlə intoksikasiyalar: diaqnostika, müalicə və profilaktika” adlı yeni  metodik vəsait çapdan çıxıb. Metodik vəsait Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 iyul 2022-ci il tarixli 14 nömrəli qərarı ilə təsdiq olunub. 


Bütün dünyada olduğu kimi Azərbaycanda da narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparıldığı bir dövrdə bu metodik vəsaitin rolu əvəzedilməzdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Narkomaniya eyni zamanda tibbi problemdir. Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyasında müasir texnologiyaların və yeni üsulların tətbiqi böyük əhəmiyyət daşıyır. Narkomanlar arasında ölüm halları əsasən narkotik vasitələr və psixoaktiv maddələrlə kəskin zəhərlənmələr nəticəsində baş verir, bu isə hazırkı metodik vasitənin son dərəcə aktual mövziya həsr olunduğunu göstərir. 


Metodik vəsaitdə narkotiklər və psixotrop maddələr ilə kəskin zəhərlənmələrlə əlaqəli klinik vəziyyətlərdə göstərilən ardıcıl tədbirlərinin ətraflı təsviri verilmiş, bu qrup zəhərlənmələrin diaqnostikasını, epidemiologiyasını, təsnifatını, toksik maddənin növündən asılı olmaqla klinik təzahürünü, differensial diaqnostikasını əhatə edir. 


Qeyd edək ki, metodik vəsait ilkin səhiyyə sistemində çalışan tibb işçiləri, təcili tibbi yardım həkimləri, həkim toksikoloqlar, anestezioloq-reanimatoloqlar, həkim-psixiatrlar, həkim-narkoloqlar, məhkəmə-tibb ekspertləri və qeyd edilən ixtisaslar üzrə həkim-rezidentlər üçün nəzərdə tutulub.