XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması” müsabiqəsinin qalibi olub.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin qalibi olub. 17 noyabr 2020-ci il tarixində keçirilən diplomun təqdimat tədbirində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsinin Həmkarlar İttifaqının sədri Səfər İbrahimov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məsul nümayəndəsi Nadir Muradov və digər rəsmi şəxslər iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Ceyhun Məmmədov iştirakçıları 17 noyabr Milli Dirçəliş Günü və Qarabağ uğrunda Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə təbrik edərək bildirib ki, 44 gün ərzində Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə keçirilən əks-hücum əməliyyatları nəticəsində 30 il işğal altında qalan ərazilərimiz azad edilib. Noyabrın 10-u Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi günü kimi daxil oldu. Bu tarixi qələbəmiz bütün dünyaya Azərbaycanın erməni terrorizminə qalib gəldiyini bəyan etdi və güclü orduya, güclü iqtisadiyyata malik olduğunu sübut etdi. 


C.Məmmədov cıxışında deyib: “Belə bir vaxtda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi altında keçirilən Respublika baxış-müsabiqəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin qalib seçilməsi qürurvericidir. Tibbi Xidmət İdarəsi daim, o cümlədən pandemiya zamanı əməkdaşlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirir”.


Dövlət Gömrük Komitəsinin Həmkarlar İttifaqının sədri Səfər İbrahimov çıxışında bildirib: "Dövlətin siyasətində vətəndaşların rifahı ilə yanaşı, sağlamlığına diqqət mühüm yer tutur. Bu işdə Gömrük Komitəsinin həmkarlar ittifaqı da fəal iştirak edir. Tibbi Xidmət İdarəsində əməyin mühafizəsi, təminatı, əmək şəraitinə, təhlükəsizlik qaydalarının tədrisinə, tətbiqinə və təlimatlandırmaya qayğı yüksək səviyyədədir. İnanıram ki, Tibbi Xidmət İdarəsinin kollektivi liderliyi əldən verməmək üçün əmək şəraitinin mütəmadi, yeni tələblərə uyğun yaxşılaşdırılmasına səy göstərəcək". 


Dövlət Gömrük Komitəsinin Həmkarlar İttifaqının sədri Səfər İbrahimov bu münasibətlə Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovu təbrik edərək Fəxri Diplom  və xatirə hədiyyəsi təqdim edib. Tədbirin sonunda xatirə şəkili çəkilib.