XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində könüllü gömrükçülər fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 9-cu “Könüllü gömrükçü” dəstəsinin 8 üzvü 6 mart 2023-cü il tarixindən etibarən 3 ay müddətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müvafiq şöbələrində fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq 6 mart 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib.


Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Dövlət Gömrük Komitəsi Sosial İnnovasiyalar şöbəsinin inspektoru Ruqiyyə Ruqiyyə Səməndərova, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva və könüllü gömrükçülər iştirak ediblər. 


Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım könüllü gömrükçüləri konüllülük fəaliyyətinə başlamalır münasibətilə təbrik edib, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə məlumat verib, onlara peşə vərdişlərinin aşılanması və təcrübi biliklərinin artırılması, innovativ potensiallarının üzə çıxarılması istiqamətində lazımi dəstəyin göstəriləcəyini bildirib.


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müxtəlif şöbə və bölmələrində könüllü gömrükçü kimi fəaliyyət göstərəcək Ləman Xəlilzadə, Rəna Əlicanlı, Gülşən Hüseynli, Nargin Məmmədova, Aydan Vəliyeva, Səkinə Cəbrayilova, Aydan Hacıyeva və Nərgiz Əliyevanı təbrik edir, onlara fəaliyyətlərində uğurlar diləyirik!