XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev Özbəkistanda seminarda iştirak edib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev 21-23 fevral 2023-cü il tarixlərində beynəlxalq ekspert qismində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil edilmiş Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən “Zəhərlənmələrə nəzarət mərkəzləri: yaradılmasının üstünlüyü və əsas elementləri” mövzusunda seminarda iştirak edib.


Azərbaycan, Almaniya, Böyük Britaniya, İtaliya, Maltanı  təmsil edən kimyəvi təhlükəsizlik üzrə Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertlər qrupu Özbəkistan və digər Orta Asiya dövlətlərində ÜST-nin tələblərinə və standartlarına uyğun olaraq hər üzv ölkədə ən azı bir zəhərlənmələrə nəzarət mərkəzi yaradılmasının zəruriliyini vurğuladılar.


Dosent İsmayıl Əfəndiyev əhalinin kimyəvi təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində Azərbaycanın zəngin təcrübəsini öz məruzəsində tədbir iştirakçıları ilə bölüşüb və çoxsaylı sualları cavablandırıb. 


İ. Əfəndiyev vurğulayıb ki, zəhərlənmələrə nəzarət mərkəzinin  yaradılması ölkə əhalisinin və müvafiq sahələrin mütəxəssislərinin müasir dövrdə təhlükəli kimyəvi maddələr, yeni növ narkotik və psixotrop vasitələr, həmçinin kontrafakt dərman vasitələri barədə maarifləndirilməsi, kimyəvi risklərin qiymətləndirilməsi və bu sahələrdə geniş beynəlxalq əməkdaşlığın yaradılmasına imkanlar açır.