13 iyul 2022-ci il tarixindən etibarən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə təhkim olunmuş könüllülərin 3 aylıq könüllülük müddətləri yekunlaşıb. Bununla əlaqədar Mərkəzi Gömrük Hospitalında könüllülərlə yekun görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və könüllü gömrükçülər iştirak ediblər.
Görüşdə Mərkəzi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım və Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov çıxış edərək könüllü gömrükçülərin fəaliyyətlərini yüksək qiymətləndirdiklərini qeyd ediblər. Onlar könüllülərə müxtəlif tövsiyələr verərək fəaliyyətlərində uğurlar arzu ediblər.
Görüş yekun xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Son xəbərlər