XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyətinin İtaliyanın Roma şəhərinə işgüzar səfəri davam edir

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri çərçivəsində 4 sentyabr 2019-cu il tarixində iki mühüm görüş baş tutub. Günün birinci yarısında San Kamillo Forlanini Hospitalında keçirilmiş görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov italiyalı həmkarları - San Kamillo Forlanini Hospitalının Tibbi Direktoru Dr Daniela Orazi, Kardiocərrahiyyə şöbəsinin müdiri Prof. Françesko Musumeçi, Mətbuat şöbəsinin mudiri Ms. Maria D'Amiko ilə gələcək əməkdaşlıq haqqında ətraflı danışıqlar aparılıb. Görüş zamanı miniinvaziv kardiocərrahiyyə sahəsində qarşılıqlı əməkdaşlıq və gələcəkdə Mərkəzi Gömrük Hospitalında İnsult Mərkəzinin yaradılması perspektivləri müzakirə olunub. Görüş başa çatdıqda hər iki tərəf tərəfdaşlıq münasibətlərinin qurulmasında marağlı olduqlarını bildiriblər.

 
Günün ikinci yarısında Kampus Bio-mediko Universitet Xəstəxanasında təşkil olunmuş görüşdə Ürək damar xəstəlikləri kafedrasının müdiri Prof. Germano Skiaskio, Kardiologiya Mərkəzinin Direktoru Dr. Françesko Grigioni, Endokrinoloji və Diabet Mərkəzinin Direktoru Prof. Paolo Pozzilli və xəstəxananın digər əməkdaşları iştirak ediblər. Onlar Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ilə kardiocərrahi əməliyyat sonrası xəstələr üçün reabilitasiya proqramları, həmçinin, ürək xəstəliklərinin genotipinin özəlliyinin öyrənilməsi sahəsində müştərək tədqiqatların aparılması haqqında fikir mübadiləsi aparıblar. Görüş başa çatdıqda İtaliya tərəfi səsləndirilmiş məsələlər üzrə Mərkəzi Gömrük Hospitalı ilə birgə layihədə iştirakın mümkünlüyünü nəzərdən keçirməyə hazır olduğunu bildirib.

 

Görüşlərin gedişində İtaliya tərəfinə Azərbaycanda səhiyyənin müasir vəziyyəti, Mərkəzi Gömrük Hospitalında göstərilən yüksək ixtisaslaşdırılmış texnoloji tibbi yardım və icbari tibbi sığortanın tətbiqi şəraitində Hospitalın inkişaf perspektivləri haqqında aktual məlumat təqdim edilib. Hər iki görüş Azərbaycanın İtaliyadakı səfirliyinin fəal dəstəyi ilə baş tutub.