XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“İlan, əqrəb, hörümçək və həşərat sancmaları, eləcə də müxtəlif zəhərlənmələr barədə nələri bilməliyik?” mövzusunda maarifləndirici seminar həyata keçirilib.

28 mart 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında “İlan, əqrəb, hörümçək və həşərat sancmaları, eləcə də müxtəlif zəhərlənmələr barədə nələri bilməliyik?” mövzusunda maarifləndirici seminar həyata keçirilib.


Seminar Mərkəzi Gömrük Hospitalında təcrübə keçən Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələri üçün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq təşkil edilib. Seminarda 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələri, Könüllü gömrükçü dəstəsinin üzvləri, Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının personalı iştirak edib.


Seminarda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev ilan, əqrəb, hörümçək, həşərat və digər sancmaları, o cümlədən müxtəlif zəhərlənmələrlə bağlı bağlı real təcrübəyə, ən müasir tibbi yeniliklərə və sübutlu təbabətə əsaslanmış məruzə ilə çıxış edib. O, təqdimatı zamanı mövzu ilə əlaqəli statistik rəqəmləri sadalayıb, kritik klinik hallar barədə nümunələr təqdim edib və auditoriyanı maraqlandıran sualları cavablandırıb. Seminar xatirə şəklinin şəkilməsi ilə yekunlaşıb.