XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

İlin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

29 dekabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov iclası açaraq, tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. 


İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, 2021-ci ildə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi,  Mərkəzi Gömrük Hospitalı, Sanitar Karantin Xidməti, Elmi-Təcrübi və Tədris Mərkəzi COVID-19 pandemiyası ilə mübarizə istiqamətində uğurla fəaliyyət göstərib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının zəruri avadanlıqlarla təchizatı 2021-ci ildə də davam etdirilmişdir. Mərkəzi Gömrük Hospitalının pandemiya dövründə yüksək səviyyədə tibbi xidmət göstərməsi bütün ölkə tərəfindən yüksək qiymətləndirilir.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu 2021-ci ilin yekunlarına dair maliyyə göstəriciləri, Təsərrüfat, Alqı-Satqı şöbəsi tərəfindən görülən işlər və gələcək planlardan danışıb. Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov 2021-ci ildə müalicə-müayinə işlərinin, yüksək səviyyəli xəstə qəbulu işinin təkmilləşdirilməsi, COVİD-19 xəstələrinə göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılması, infeksiya nəzarəti sahəsində həyata keçirilmiş tədbirlər və gələcək planlardan danışıb. 


Həmçinin, baş həkim Elman Məmmədov qeyd edib ki, Azərbaycanda ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin yüksəkixtisaslı həkimləri tərəfindən ən ağır COVID-19 xəstələrinin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan uğurla istifadə edilmiş və hazırda Reanimasiya şöbəsində ən ağır kovidli xəstələrin müalicəsindən bu üsuldan istifadə edilir.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini  Şahlar Mirqasım Sanitar-Karantin Xidmətinin 2021-ci il ərzində gömrük-buraxılış məntəqələrində həyata keçirilmiş sanitar-karantin nəzarət fəaliyyəti, görülən işlər, təlimlər  və qarşıya qoyulmuş vəzifələr barədə ətraflı məlumat verib. 


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov  2021-ci il ərzində həyata keçirilmiş konfranslar, seminarlar və 2022-ci ildə həyata keçiriləcək fəaliyyət planından danışıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında təhsil alan rezidentlərin statistikası, fəaliyyəti, görülən işlər, rezidentlərin uğurları haqqında danışıb. 


İsmayıl Əfəndiyev qeyd edib ki, rezidentlərin praktik bacarıqlarının daha təkmilləşdirilməsi çərçivəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzi ilə müqavilə imzalanıb. Həmçinin, rezidentlərə Türkiyə Respublikasında Mevlana mübadilə proqramında, European Region Action Scheme for the Mobility of University Students (Erasmus) rotasiya proqramlarında iştirak qaydaları izah edilib. 


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva 2021-ci il ərzində İnsan resurslarının idarə edilməsi sahəsində görülmüş işlərin hesabatını verib. O, qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının  praktik tibb fəaliyyəti ilə məşğul olan həkimləri sertifikasiya imtahanı üçün zəruri olan kredit ballarını toplamaları ilə bağlı ölkə daxilində keçirilən müxtəlif konfrans, seminar və konqreslərdə iştirak ediblər.  


Həmçinin, 2021-ci ildə Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının 20 əməkdaşı müxtəlif ölkələrdə təşkil olunan aktual tibbi və idarəetmənin təşkili mövzularına həsr edilmiş beynəlxalq konfranslarda, ixtisasartırma kurslarında və seminarlarda iştirak etmək məqsədilə həmin ölkələrə ezam olunmuşlar. İclasın sonunda tədbir iştirakçlarının sualları cavablandırılıb.

 

 foto