XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Könüllü gömrükçülərimizin fəaliyyəti uğurla başa çatıb

Könüllülük hərəkatının inkişafı çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində formalaşdırılmış 8-ci “Könüllü gömrükçü” dəstəsinin 8 könüllü gömrükçüsünün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsində 3 aylıq fəaliyyəti uğurla başa çatıb. Bu münasibətlə 16 fevral 2023-cü il tarixində keçirilən tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, digər əməkdaşlar və könüllü gömrükçülər iştirak ediblər.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım könüllü gömrükçülərin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində uğurlu fəaliyyətlərini  yüksək qiymətlənidirib və onlara gələcək karyeralarında nailiyyətlər diləyib. Tədbirdə çıxış edən könüllü gömrükçülər Sübhanə İskəndərzadə və Günel Hüseynova yaradılmış şəraitə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə, kuratorlarına və kollektivə dərin təşəkkürlərini bildiriblər. 


Qeyd edək ki, könüllü gömrükçülərdən Sübhanə İskəndərzadə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi İnzibati İdarəetmənin Təşkili şöbəsində, Günel Hüseynova Mərkəzi Gömrük Hospitalının Marketinq və Planlaşdırma şöbəsində, Nailə Mollayeva Çağrı Mərkəzində, Billurə Nəbiyeva, Zümrüd Şamxalova və Akifə Göyüşova Xəstə Xidmətləri şöbəsində, Fidan Orucova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin ETTM-də, Pərvin Rəcəbova Sığorta şöbəsində 3 ay müddətində fəaliyyət göstərərək, PR işlərinin təşkilində, tədbirlərin təşkilində, daxil olan zənglərin cavablandırılmasında və pasiyentlərin qeydiyyatı proseslərində fəal iştirak ediblər. 


Biz könüllü gömrükçüləri bu münasibətlə təbrik edir, onlara təhsillərində və fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, könüllü gömrükçülərin Mərkəzi Gömrük Hospitalında əldə etdikləri bilik və bacarıqlar gələcəkdə onların işgüzar karyeralarına müsbət təsir göstərəcək!