XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərməyə başladı

Mərkəzi Gömrük Hospitalı koronavirus pandemiyası ilə əlaqədar xəstə qəbulunu müvəqqəti olaraq dayandırmış və 11 iyun 2020-ci il tarixindən etibarən COVID-19 xəstələrinin müalicəsi üçün ayrılmışdır.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında klinik şöbələr, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilib. Hospital pandemiya xəstəxanası kimi fəaliyyət göstərməsi üçün bütün şöbə və palatalar lazım olan ən müasir tibbi avadanlıqlarla təchiz olunub.

 

Belə ki, bu ilin aprel ayından Hospitalda Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verən müasir Real vaxtlı PZR laboratoriya 
fəaliyyət göstərməyə başlayıb. 

 

Koronaviruslu xəstələrin müalicəsi zamanı ağciyərlər öz funksiyasını bərpa edə bilmədikdə, süni tənəffüs aparatına qoşulduqda da fayda olmadıqda xəstələrin Hospitalda ekstrakorporal membran oksigenlənmə cihazına (EKMO) qoşulması imkanı var. EKMO qanı bədəndən alıb oksigenləşdirib, yenidən ürəyə, qan dövranına qaytarır. 

 

Hospitalın peşəkar tibb personalı mövcud olan ən son tibbi yeniliklərə və sübutlu təbabət prinsiplərinə əsaslanaraq COVID-19 xəstələrinin sağlamlığının bərpası istiqamətində bütün imkanlarını səfərbər ediblər.