XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqları Tural Sadıqov və Rəşad Nəsirli Manisa şəhərində “Perifer Sinir Blokları” mövzusuna həsr edilmiş təkmilləşdirmə kursunda iştirak ediblər.

Hospitalımızın anesteziologiya reanimasiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqov və anestezioloq-reanimatoloq Rəşad Nəsirli fevral ayının 28-29 Türkiyənin Manisa şəhərində yerləşən Cəlal Bayar Universiteti Hafsa Sultan xəstəxanasında Regional anesteziya dərnəyinin təşkil etdiyi USM Rəhbərliyi altında “Periferik Sinir Blokları” üzrə 2 günlük təkminləşdirmə kursunda iştirak ediblər. Kursun ilk günü nəzəri hissə olaraq mühazirələr və canlı modellər üzərində usm vasitəsiylə sinir blokları göstərilib, 2-ci günü isə əməliyyatxanada pasientlər üzərində bu sinir bloklarının yerinə yetirilməsində yaxından iştirak ediblər.

 

Bu seminar, travmatoloji, ortopedik və müxtəlif abdominal əməliyyatlar zamanı regional anesteziya, əməliyyat sonrası ağrıkəsici məqsədi ilə istifadə edilen sinir bloklarının istifadəsi üçün əhəmiyyətli olub.

 

Həkimlərimiz bildirirlər ki, son dövrlər regional anesteziyanın inkişafı pasientlərdə anesteziyanın daha da seçici olmasına kömək edir. Yanaşı xəstəlikləri olan bir çox pasientlərdə sinir bloklarının tətbiqi uyğun seçimdir. Əməliyyat sonrası ağrısızlaşdırma üçün də geniş istifadə edilən bu bloklar xəstə komfortuna və məmnuniyyətinə səbəb olur.

 

Kursun sonunda alınan biliklərin nəzəri və praktiki olaraq dəyərləndirilməsi aparılıb və həkimlərə sertifikatlar təqdim olunmuşdur