XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov çıxış edərək tibb işçilərinin peşə bayramı münasibətilə Mərkəzi Gömrük Hospitalının əməkdaşlarını təbrik edib. Ulu Öndər Heydər Əliyevin səhiyyəmizin uğurlu inkişafındakı misilsiz xidmətlərindən bəhs olunub və Prezident İlham Əliyevin bütün istiqamətlərdə reallaşdırdığı sosial-iqtisadi siyasətin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi layihələrin ölkəmizdə tibb elminin tərəqqisinə, səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunmasına münbit şərait yaratdığı vurğulanıb.


O da qeyd olunub ki, qısa zaman kəsiyində ölkəmizin nümunəvi tibb ocaqlarından birinə çevrilən Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşlarının sağlamlığının keşiyində durmaqla yanaşı, gömrük orqanları qarşısında duran vəzifələrin icrası istiqamətində də əhəmiyyətli rol oynayır.


Daha sonra Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, İdarənin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və digərləri Mərkəzi Gömrük Hospitalının tibb sahəsində qabaqcıl bilik, təcrübə və texnologiyaların öyrənilərək ölkəmizdə tətbiqi, COVİD-19 pandemiyası ilə mübarizə sahəsində əldə etdiyi nailiyyətlərdən, əhalinin müxtəlif kateqoriyaları arasında keçirilən sosial aksiyalardan, inkişaf etmiş ölkələrin səhiyyə ocaqları ilə qurulan işgüzar əlaqələrdən bəhs ediblər.
Tədbirdə Hospitalın fəaliyyətini əks etdirən videoçarx nümayiş etirilib.


Sonda Tibbi Xidmət İdarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı, döş nişanı, fəxri fərmanlar təqdim edilib.

 

foto