XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib

  • 1.jpg
  • 2..jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg

29 dekabr 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov iclası açaraq, tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. 


İdarə rəisi Ceyhun Məmmədov çıxışında qeyd edib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə çıxışını 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi gününün təsis edilməsində öncül olan Ümummilli Lider Heydər Əliyevin sitatı ilə başlayıb və daha sonra bu günün təsis edilməsinin tarixi, əhəmiyyəti və 44 günlük müharibədə Azərbaycan xalqının həmrəylik göstərməsi barədə ətraflı məlumat verib. 


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin, Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin 2022-ci ildə fəaliyyəti, o cümlədən DGK sistemində təbliğat və təşviqat işlərində “İdeoloji prioritetlər”i rəhbər tutaraq Mərkəzi Gömrük Hospitalında keçirilmiş tədbirlər, görülən işlər, təlimlər və qarşıya qoyulmuş vəzifələr barədə çıxış edib. 


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin 2022-ci ildə fəaliyyəti, həyata keçirdiyi elmi tədbirlər, Mərkəzi Gömrük Hospitalında həyata keçirilən müalicə-müayinə işlərinin statistikası, Mərkəzi Gömrük Hospitalında DGK əməkdaşları və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları üçün keçirilən narkotik və psixotrop maddələrin skrininq müayinəsi barədə məlumat verib. 


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Sanitar Karantin Xidməti, Elmi-Təcrübi və Tədris Mərkəzinin fəaliyyətini 2022-ci il üçün uğurlu olduğunu qeyd edib və 2023-cü ildə daha böyük nailiyyətlərə nail olmağı arzulayıb. 
Tədbirin sonunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının 2022-ci ildə fəaliyyətini əks etdirən slayd-şou və Mərkəzi Gömrük Hospitalının həkimləriin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbriklərindən ibarət çarx nümayiş olunub.

 

foto