XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 5.jpg
  • 4.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg

7 mart 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi iştirak ediblər. Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım salamlama nitqi ilə çıxış edərək tədbirdə iştirak edən qadınların simasında bütün xanım əməkdaşları, o cümlədən Azərbaycan xanımlarını təbrik edib, onlara səadət dolu günlər arzulayıb. 


İdarə rəisinin müavini Şahlar Mirqasım çıxışında Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşdığını qeyd edib. “Məhz Ulu öndərin ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırması və onların hərtərəfli fəaliyyətinə geniş meydan verilməsi nəticəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Ümummilli liderin mükəmməl dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir, Azərbaycan qadını bütün dövlət qurumlarında uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni proseslərdə fəal iştirak edirlər. Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, ana adı həmişə uca tutulmuşdur.”-deyə o bildirib. O, həmçinin Vətən müharibəsinin qadın şəhidi Arəstə Baxışovanın, bütün şəhid anaları və xanımlarının, qazilərin ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən anaların qəhrəmanlığı barədə danışıb. 


Mərkəzi Gömrük Hospitalının rəis müavini, Baş həkim vəzifəsini icra edən Dr. Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri - İsmayıl Əfəndiyev və Fərid Əbilov da tədbirdə iştirak edən qadınların simasında, bütün gömrük sahəsində çalışan qadınları  8 Mart Beynəlxalq Qadınlar günü və Yel çərşənbəsi münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildiriblər.


Daha sonra tədbirdə  TV-lərdə tibb sahəsi üzrə maarifləndirmə işlərində fəal iştirak edən qadın həkimlərin müsahibələrini əks etdirən slayd-şou nümayiş edilib.


Tədbir zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.ü.f.d, Aynur Səfiyeva və tibb bacısı İlhamə Səfərova da təbrik nitqi ilə çıxış edərək xoş arzu və niyyətlərini dilə gətiriblər.


Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyi tərəfindən göndərilmiş gül dəstələri və hədiyyələr tədbirdə iştirak edən qadın kollektivə təqdim edilib, tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.